AFFA hüquqşunasın ittihamlarına cavab verib

AFFA hüquqşunasın ittihamlarına cavab verib AFFA hüquqşunas Aslan İsmayılovun feysbukda assosiasiya ilə bağlı yazdığı iddialara münasibət bildirib.
Futbol
452
20 Sentyabr , 2021 16:32
AFFA hüquqşunasın ittihamlarına cavab verib

AFFA hüquqşunas Aslan İsmayılovun feysbukda assosiasiya ilə bağlı yazdığı iddialara münasibət bildirib.

"Report" xəbər verir ki, qurumun rəsmi saytı vasitəsilə yayılan açıqlamada A.İsmayılovun feysbuk sosial şəbəkəsində yazdıqlarının böhtan xarakterli olduğu bildirilib.

"AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər" deyə vurğulanıb.

Milli assosiasiyadan bildirilib ki, özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır: "Aslan İsmayılov qeyd olunan facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq".

Son xəbərlər

Orphus sistemi