AFFA hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıb

AFFA hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıb Bakı. 26 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıb.
Futbol
26 Fevral , 2019 13:52
AFFA hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıb

Bakı. 26 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıb.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Region Liqasında keçirilən “Füzuli” – İmişili” oyunun 35-ci dəqiqəsində qonaq komandanın baş məşqçisi Süleyman İsayev hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb. 82-ci dəqiqədə isə “İmişli”nin futbolçusu Elnur Məmmədov analoji davranışa görə qırmızı vərəqə aldığı üçün 4 matçlıq diskvalfikiyasiya edilib.

“Ağsu Siti” – “Gənclik” (Sabirabad) duelində qonaqların heyətində Amid Zeynalov 58-ci, Elmar İsgəndərov isə 90-cı dəqiqədə hakimi təhqir edib və qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün hər ikisi 4 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Baker Tilliy” – “Star Karqo” qarşılşamasında qonaqların oyunçusu Anar Məmmədov 15-ci dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan çıxdığı zaman hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Sovetski” görüşünün 3-cü dəqiqəsində qonaqların oyunçusu Fərid Şahbazov təhqiramiz ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Son xəbərlər

Orphus sistemi