​AFFA Hakimlər Komitəsinin toplantısı keçirilib

​AFFA Hakimlər Komitəsinin toplantısı keçirilib Xaqani Məmmədov hakimlərə öz tövsiyələrini verib
Futbol
29 Aprel , 2016 15:54
​AFFA Hakimlər Komitəsinin toplantısı keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsinin Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantısı keçirilib.

"Report"un məlumatına görə, toplantıda komitə sədri Xaqani Məmmədov, hakimlər və mətbuat nümayəndələri iştirak ediblər.

İlk olaraq Premyer Liqanın XXXI turunda keçirilmiş "Qarabağ" - "İnter" oyununda baş verən qayda pozuntuları, mübahisəli epizodlar müzakirə edilib və hakimlərin fikirləri öyrənilib. Həmin oyunun baş hakimi Rəvan Həmzəzadə olub.

Ardınca sözügedən turda keçirilmiş "Xəzər Lənkəran" - "Qəbələ", "Neftçi" - "Zirə", "Sumqayıt" - "Kəpəz", "Rəvan" - AZAL, eləcə də Azərbaycan Kubokunun yarımfinalında baş tutmuş "Qarabağ" - "İnter" və "Neftçi" - "Qəbələ" oyunları müzakirə edilib, X.Məmmədov hakimlərə öz tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi