AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Ağsu"nun futbolçusu Ceyhun Rəcəblini 4 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, buna oyunçunun II turda "Səbail-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub. Əyalət təmsilçisi bunun üçün 320 manat məbləğində cərimələnib.
Qeyd edək ki, qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.