​AFFA hakimi təhqir edən futbolçu və həkimi cəzalandırıb

​AFFA hakimi təhqir edən futbolçu və həkimi cəzalandırıb Baş məşqçinin cəzasına bir oyun da əlavə olunub
Futbol
12 Aprel , 2016 12:06
​AFFA hakimi təhqir edən futbolçu və həkimi cəzalandırıb

Bakı. 12 aprel. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan I divizionunda mübarizə aparan "Şəmkir" klubunun baş məşqçisi Kamran Əlibabayevə verilən 5 oyunluq texniki zonaya giriş qadağasına 1 oyun da əlavə edib.

"Report"un məlumatına görə, buna K.Əlibabayevin XXI turda "Neftçala" ilə qarşılaşmada tribunadan meydana daxil olaraq hakimə öz etirazını bildirməsi səbəb olub.

Sözügedən oyunun 74-cü dəqiqəsində şəmkirli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atılıb və nəticədə klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Şəmkir"in futbolçusu Müşfiq Teymurov və komandanın həkimi Bayram Bayramov hakimi təhqir edib. Bu səbəbdən futbolçu 4, həkim isə 5 oyunluq cəzalandırılıb, kluba isə hər iki hala görə 900 manat cərimə yazılıb.

Bundan əlavə, həmin oyunda "Şəmkir"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə edilib.

Son xəbərlər

Orphus sistemi