AFFA Gəncədəki təbii örtüklü meydançalar üçün tender elan edib

AFFA Gəncədəki təbii örtüklü meydançalar üçün tender elan edib AFFA Gəncə şəhər stadionunda iki təbii örtüklü məşq meydançasına avadanlıqların alınmasına görə tender elan edib.
Futbol
5 İyul , 2022 10:22
AFFA Gəncədəki təbii örtüklü meydançalar üçün tender elan edib

AFFA Gəncə şəhər stadionunda iki təbii örtüklü məşq meydançasına avadanlıqların alınmasına görə tender elan edib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlidir. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.

Müddət iyulun 18-də saat 17:00-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi