Gəncə şəhər stadionunda yeni süni örtüklü meydanın salınma prosesi başa çatıb.
"Report" xəbər verir ki, standart ölçülərə malik kömkəkçi meydanın uzunluğu 105 metr, eni isə 68 metrdir. Meydanın kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb.
Futbol infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən layihəni AFFA icra edib.
Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA-nın maliyyə dəstəyi ilə tam yenilənib. Bundan əlavə, arena ərazisində 2015-ci ildə qurumun köməyilə süni örtüklü meydança da salınıb.

