AFFA formadakı qüsurlara görə klubları cərimələdi

AFFA formadakı qüsurlara görə klubları cərimələdi AFFA İntizam Komitəsinin iclasında I Divizionun III turunun oyunları zamanı yol verilmiş səhvlər müzakirə olunub.
Futbol
27 Oktyabr , 2020 15:55
AFFA formadakı qüsurlara görə klubları cərimələdi

AFFA İntizam Komitəsinin iclasında I Divizionun III turunun oyunları zamanı yol verilmiş səhvlər müzakirə olunub.

"Report"un məlumatına görə, “Qarabağ-2” – “Turan Tovuz” matçından öncə Ağdam klubunun nümayəndəsi və polis əməkdaşı təyin olunan vaxtda iclasda iştirak etmədiyi, həmçinin hakim-inspektor görüşün videoyazısı ilə təmin olunmadığı üçün meydan sahibləri ümumilikdə 240 manat cərimələnib.

Bundan başqa, “Turan Tovuz”un qapıçısının formasında qüsur olduğundan oyun gec başladığı üçün qonaqlar 80 manat cərimə olunublar.

“Sumqayıt-2” – “Kəpəz” və "Qaradağ Lökbatan" - "Keşlə-2" oyunlarında topdaşıyan şəxslərin say tərkibi və yaş həddi pozulduğu üçün meydan sahiblərinin hərəsi 80 manat cərimə ödəyəcək.

Eyni zamanda “Qaradağ Lökbatan” – “Keşlə-2” matçında hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başladığı üçün onlar 80 manat cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi