AFFA Elit Məşq layihəsində dəyişiklik edib

AFFA Elit Məşq layihəsində dəyişiklik edib Layihə klublarla da həyata keçiriləcək
Futbol
207
28 İyul , 2015 12:21
AFFA Elit Məşq layihəsində dəyişiklik edib

Bakı. 28 iyul. REPORT.AZ/ AFFA rəhbərliyi 2011-ci ildən ilk dəfə həyata keçirdiyi Elit Məşq layihəsinə yenidən baxmağı qərara alıb. Federasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun "Report"a verdiyi məlumata görə, layihə növbəti mövsümdən Azərbaycan Premyer Liqası və I divizion komandaları nəzdində həyata keçiriləcək.

Bu məqsədlə klublarla danışıqlara başlanılıb. Liqalarda təmsil olunmayan bölgələrdə isə layihə işini əvvəlki qaydada davam etdirəcək.

Qeyd edək ki, Elit Məşq layihəsi 10 - 12 və 12 - 14 yaşlı istedadlı futbolçuların hazırlanması və klublarla milli komandalara tövsiyə olunmaları məqsədilə həyata keçirilir. 2014-cü ilin sentyabından layihə Azərbaycanın 13 fərqli regionunda 13 məntəqədə - Bakı, Lökbatan, Salyan, Quba, Lənkəran, İmişli, Ağdam (Quzanlı), Tovuz, Gəncə, Mingəçevir, Yevlax, Zaqatala və Naxçıvanda həyata keçirilib. Hər bir məntəqədə 2 məşqçi olmaqla, ümumilikdə 26 məşqçi, bəzi regionlar üzrə ayrılmış ümumi 3 seleksioner çalışıb. Məşqçilərə hər bir məntəqədə ən istedadlı futbolçularla daha intensiv və fərdi məşqlərin keçirilməsini təşkil etməkdən ötrü futbolçuların sayının 16-dan çox olmaması tapşırığı verilib. Layihənin rəhbəri AFFA-nın texniki direktoru Bernhard Lippert, koordinatoru İlham Əzizzadədir.

Son xəbərlər

Orphus sistemi