AFFA Ələkbər Məmmədovla bağlı canlı yayım təşkil edəcək

AFFA Ələkbər Məmmədovla bağlı canlı yayım təşkil edəcək Azərbaycan futbolunun tanınmış simalarından sayılan Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar mayın 9-da AFFA-nın rəsmi Facebook səhifəsində canlı yayım təşkil olunacaq.
Futbol
8 May , 2020 16:59
AFFA Ələkbər Məmmədovla bağlı canlı yayım təşkil edəcək

Azərbaycan futbolunun tanınmış simalarından sayılan Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar mayın 9-da AFFA-nın rəsmi "Facebook" səhifəsində canlı yayım təşkil olunacaq.

"Report"un federasiyanın rəsmi saytına istinadən məlumatına görə, canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ə.Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq.

Yayım saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Ələkbər Məmmədov SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub.

Son xəbərlər

Orphus sistemi