AFFA "Zirə"ni təcili yardım xidməti nümayəndəsinin oyunöncəsi iclasa qatılmaması səbəbindən cərimələyib

AFFA "Zirə"ni təcili yardım xidməti nümayəndəsinin oyunöncəsi iclasa qatılmaması səbəbindən cərimələyib AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XXII turunda baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlarını açıqlayıb.
Futbol
3 Aprel , 2019 13:33
AFFA Zirəni təcili yardım xidməti nümayəndəsinin oyunöncəsi iclasa qatılmaması səbəbindən cərimələyib
Report

AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XXII turunda baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlarını açıqlayıb. 

"Report"un məlumatına görə, “Zirə” ilə səfər matçında “Səbail” klubu 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib. Eyni məbləğdə cərimə meydan sahiblərinə kəsilib. Bu isə təcili tibbi yardım xidmətinin nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsi ilə əlaqədardır. 

“Qəbələ” ilə səfər oyununun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılan “Sabah” komandasının futbolçusu Kərim Diniyev 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb. 

“Qarabağ”la ev qarşılaşmasının 84-cü dəqiqəsində “Sumqayıt” azarkeşləri meydana yad əşyalar atıblar. Bu səbəbdən, "gənclik şəhəri" təmsilçisi 1600 manat cərimə olunub. 

Son xəbərlər

Orphus sistemi