AFFA-dan Hakimlər Komitəsinin sədri ilə bağlı açıqlama

AFFA-dan Hakimlər Komitəsinin sədri ilə bağlı açıqlama "AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin müqaviləsi 2021-ci ilin sentyabrında başa çatacaq. Mövsüm bitəndən sonra 2 ay ərzində bu məsələyə baxılacaq və əlavə məlumat olacaq".
Futbol
29 Yanvar , 2021 13:08
AFFA-dan Hakimlər Komitəsinin sədri ilə bağlı açıqlama
 Frits Ştuxlik

"AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin müqaviləsi 2021-ci ilin sentyabrında başa çatacaq. Mövsüm bitəndən sonra 2 ay ərzində bu məsələyə baxılacaq və əlavə məlumat olacaq".

"Report" xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn mətbuat konfransında deyib.

O bildirib ki, sədr olaraq, 4 illik dövr təsdiq olunur: "İcraiyyə Komitəsi tərəfindən Ştuxlik təsdiqlənib. Müqavilə ilə bağlı müəyyən problemlər yaransa, müzakirə olunacaq. Müqaviləyə hər iki tərəf xitam verə bilər. 4 il müddətində hər il müqavilə avtomatik olaraq uzadılır. Bunun üçün İcraiyyə Komitəsinin iclasına ehtiyac yoxdur".

Son xəbərlər

Orphus sistemi