Bakı. 17 aprel. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupu Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirib.
"Report"un məlumatına görə, tədbir AFFA-nın Futbol Akademiyasının inzibati binasında təşkil olunub. Seminarda UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunub. Həmçinin, klub nümayəndələri 2017-ci maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.




