AFFA millinin məşqçilər heyətini açıqladı

AFFA millinin məşqçilər heyətini açıqladı AFFA Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçilərini açıqlayıb. 
Futbol
11 Avqust , 2020 14:50
AFFA millinin məşqçilər heyətini açıqladı
Canni De Byazi

AFFA Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçilərini açıqlayıb. 

"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, köməkçi məşqçilər Arif Əsədov, Benito Karbone və Klaudio Beluççi olacaq. 

Dmitri Kramarenko qapıçılar, Alessandro Skaya isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Federiko Turitsiani yığmada videoanalitik vəzifəsini icra edəcək. 

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi