​AFFA "Qarabağ" və "Neftçi"ni legionerlərinə görə cərimələyib

​AFFA "Qarabağ" və "Neftçi"ni legionerlərinə görə cərimələyib Hər iki futbolçu 2 oyunluq cəza alıb
Futbol
31 May , 2016 12:52
​AFFA Qarabağ və Neftçini legionerlərinə görə cərimələyib

Bakı. 31 may. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cəzalandırıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümün son cəzaları iki komanda arasındakı Azərbaycan Kubokunun final matçında baş verənlərlə bağlı tətbiq edilib.

Oyunun 120-ci dəqiqəsində "Neftçi"nin paraqvaylı yarımmüdafiəçisi Erik Ramos, bir dəqiqə sonra isə "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Hər iki futbolçu 2 oyunluq cəzalanıb, klublar isə hərəyə 2000 manat ziyana düşüb.

Matçın 120-ci dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Qeyd edək ki, final görüşündə "Qarabağ" 119-cu dəqiqədə Migel Maderanın qolu sayəsində 1:0 hesablı qələbə qazanaraq Azərbaycan Kubokuna sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi