Bakı. 16 may. REPORT.AZ/ AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçiləri üçün seminar keçirib.
"Report"un məlumatına görə, qurumun inzibati binasında təşkil olunmuş tədbirə “InStat” şirkətinin nümayəndələri də qatılıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq, AFFA danışıqlardan sonra şirkətlə 2 illik müqavilə imzalayıb.
Müqaviləyə əsasən, “InStat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək. Milli assosiasiya layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.