AFFA Azərbaycan millisinin ev oyununun səfərdə keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib

AFFA Azərbaycan millisinin ev oyununun səfərdə keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib Bakı Olimpiya Stadionu 2019-cu ilin martından bağlanacaq
Futbol
119
23 Noyabr , 2018 12:38
AFFA Azərbaycan millisinin ev oyununun səfərdə keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionu (BOS) 2019-cu ilin mart ayından etibarən digər tədbirlər üçün qapanacaq.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, gələn il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi ilə əlaqədardır. UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar həmin qarşılaşmayadək BOS-da heç bir matç təşkil olunmayacaq.  

2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən, 2019-cu ilin mart - may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi