Rüfət Dadaşov: "Vətənə yollanmaq mənim üçün şərəfdir"

Rüfət Dadaşov: "Vətənə yollanmaq mənim üçün şərəfdir" AFFA Almaniyanın III liqasında çıxış edən “Proyssen” klubunun Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla bağlı xahişini geri çevirib.
Futbol
30 Avqust , 2019 12:03
Rüfət Dadaşov: Vətənə yollanmaq mənim üçün şərəfdir

AFFA Almaniyanın III liqasında çıxış edən “Proyssen” klubunun Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla bağlı xahişini geri çevirib.

“Report” “Bild”ə istinadən xəbər verir ki, Münster təmsilçisi 27 yaşlı hücumçunun AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə oyunlar üçün Azərbaycan millisinə bir qədər gec qoşulmasını istəyib. Səbəb kimi isə sentyabrın 4-də Vestfaliya Kubokunda “Rödinqhauzen”lə matçda Dadaşova ehtiyac duyduqları göstərilib. Lakin milli assosiasiyadan müsbət cavab alınmayıb.

Klubun idman direktoru Malte Metselder məsələ ilə bağlı bunları deyib: “Kubok oyununda iştirak etmək üçün Rüfətin gedişini yubatmağa ümid edirdik. Lakin AFFA razı olmadı və futbolçunun sentyabrın 1-də millinin düşərgəsinə qoşulmasını istədi”.

Dadaşov özü isə vəziyyəti bu cür şərh edib: “Əlbəttə, “Rödinqhauzen”lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, Vətənə yollandmaq mənim üçün şərəfdir”.

Qeyd edək ki, “Proyssen” avqustun 31-də III liqanın VII turu çərçivəsində “Hanza”nın qonağı olacaq. Dadaşov oyundan dərhal sonra Bakıya yola düşəcək.

Son xəbərlər

Orphus sistemi