AFFA 70 illik yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib

AFFA 70 illik yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib Bununla bağlıb AFFA-nın baş katibi Elxan Məmmədov yubliyarla görüşüb
Futbol
27 Oktyabr , 2017 12:42
AFFA 70 illik yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ AFFA 70 illik yubileyi münasibətilə əməkdar məşqçi, “Şöhrət” ordeni laureatı Ağasəlim Mircavadovu təbrik edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu gün AFFA-nın baş katibi Elxan Məmmədov milli assosiasiyanın inzibati binasında Məşqçilər Komitəsinin üzvü olan yubliyarla görüşüb.

Baş katib A.Mircavadovu 70 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Yubilyar göstərilən diqqətə görə AFFA rəbhərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Ağasəlim Mircavadov 22 oktyabr 1947-ci ildə Bakıda anadan olub. O, 5 qat Azərbaycan çempionu olmuş yeganə baş məşqçidir. 

Son xəbərlər

Orphus sistemi