AFFA 5 futbolçunu cəzalandırıb

AFFA 5 futbolçunu cəzalandırıb İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Futbol
8 aprel 2022 10:33
AFFA 5 futbolçunu cəzalandırıb

AFFA İntizam Komitəsi 5 futbolçunu cəzalandırıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə"nin (indiki "Şamaxı) müdafiəçisi Tərlan Quliyev "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXI tur oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 2 oyunluq cəza alıb, klub 1600 manat məbləğində cərimələnib.

Onun texniki zonada yer alan komanda yoldaşı Kamal Bayramov ikinci sarı vərəqəni aldıqdan sonra hakimlər briqadasını təhqir edib. Qolkiper 3 oyun şərti olmaqla 4 oyunluq cəza ilə üzləşib. Bayramov klubu 3200 manat ziyana salıb. Ona 3 ay sınaq müddəti təyin olunub.

"Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev "Neftçi" ilə 1:1 hesablı bərabərə qaldıqları matçda ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir edib və 3 oyun şərti olmaqla 4 oyunluq cəzalanıb. "Qartallar" bunun üçün 3200 manat ödəyəcək. Diniyevə isə 3 ay sınaq müddəti təyin olunub. Onun texniki zonada əyləşən komanda yoldaşı Ağabala Ramazanov ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb və sonradan yenidən meydana daxil olub. Hücumçu bu səbəbdən 1-i şərti olmaqla 2 oyunluq cəza alıb. "Zirə" Ramazanova görə isə 1600 manat məbləğində cərimələnib.

Qəsəbə təmsilçisinin 6 futbolçusu sarı vərəqə gördüyü üçün klub əlavə 800 manat ziyana düşüb.

Həmin görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Eddi İsrafilova 1 oyunluq cəza, klubu "Neftçi"yə isə 200 manat məbləğində cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi