AFFA 3 klubu cərimələyib

AFFA 3 klubu cərimələyib AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə, 3 klubu cərimələyib.
Futbol
31 Oktyabr , 2023 13:02
AFFA 3 klubu cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə 3 klubu cərimələyib.

“Report” xəbər verir ki, “Sumqayıt” 1800 manat ziyana düşüb.

Təcili tibbi yardım avtomobili “Qəbələ” ilə matça (0:0) təyin edilmiş vaxtdan gec gəldiyi üçün “gənclik şəhəri” təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubun daha 800 manat cərimələnməsinə səbəb olub.

“Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın 6 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimə ilə üzləşməsinə gətirib çıxarıb. 5 futbolçusu sarı vərəqə alan “Qarabağ” da eyni məbləğdə cərimə ödəyəcək.

Son xəbərlər

Orphus sistemi