AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Futbol
14 iyul 2022 06:35
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 15-də videokonfrans formatında baş tutacaq.

Saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi

2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması

4. Digər məsələlər

Son xəbərlər

Orphus sistemi