AEL-in futbolçusu: "Qarabağ"a qarşı matçlar çətin olacaq"

AEL-in futbolçusu: "Qarabağ"a qarşı matçlar çətin olacaq" "Bizi "Qarabağ"a qarşı iki çətin qarşılaşma gözləyir. Növbəti raunda adlamaq üçün hər iki matçda möhtəşəm oynamaq istəyirik".
Futbol
662
2 Avqust , 2021 07:19
AEL-in futbolçusu: Qarabağa qarşı matçlar çətin olacaq

"Bizi "Qarabağ"a qarşı iki çətin qarşılaşma gözləyir. Növbəti raunda adlamaq üçün hər iki matçda möhtəşəm oynamaq istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin AEL klubunun futbolçusu Euller Silva "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə "Lance" nəşrinə açıqlamasında deyib.

26 yaşlı braziliyalı müdafiəçi hər iki görüş üçün çox motivasiyalı olduqlarını bildirib: "Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Cari mövsüm bunu gerçəkləşdirmək üçün mübarizə aparacağıq".

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də "AEK Arena", cavab qarşılaşmasını avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi