AEK rəsmisi: "Stadion "Qarabağ" - "Molde" oyununa hazırdır"

AEK rəsmisi: "Stadion "Qarabağ" - "Molde" oyununa hazırdır" "AEK Arena" artıq Çempionlar Liqasının (ÇL) oyununu qəbul etməyə hazırdır".
Futbol
15 Sentyabr , 2020 15:05
AEK rəsmisi: Stadion Qarabağ - Molde oyununa hazırdır

"AEK Arena" "Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin oyununu qəbul etməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə Kiprin AEK klubunun mətbuat katibi Kiriakos Dimitriu yerli "Spor FM" radiosuna açıqlamasında bildirib.

Klub rəsmisi sözügedən stadionda ilk ÇL qarşılaşmasının keçiriləcəyini vurğulayıb: "Bu cür layihələri davam etdirəcəyik. Ümid edirik ki, komandamızın da bu yarışda mübarizəsini görəcəyik".

Qeyd edək ki, sentyabrın 16-da baş tutacaq "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi