Adı Şöhrət Zalına salınan məşhur futbolçu ağladı

Adı Şöhrət Zalına salınan məşhur futbolçu ağladı 39 yaşlı keçmiş hücumçu bu barədə instaqram hesabında bildirib
Futbol
4 May , 2021 16:48
Adı Şöhrət Zalına salınan məşhur futbolçu ağladı
Adriano

Braziliya millisinin və İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Adrianonun adı "Marakana" stadionunun Şöhrət Zalına daxil ediləcək.

"Report"un məlumatına görə, 39 yaşlı keçmiş hücumçu bu barədə instaqram hesabında bildirib.

Adriano bunu eşidəndən sonra göz yaşlarını saxlaya bilməyib və ağlamağa başlayıb. O, "Marakana" stadionunda Şöhrət Zalında 123-cü idmançı və 104-cü futbolçu olacaq.

Keçmiş oyunçu bunu hər zaman xəyal etdiyini bildirib. Adriano dünyasını dəyişən atasının bu anı görmədiyi üçün təəssüfləndiyini söyləyib.

Qeyd edək ki, 2000-2001, 2009-2010 və 2012-ci ildə Flamenqoda çıxış edən Adriano bu komandanın heyətində 46 qola imza atıb. Keçmiş forvard bunlardan 27-sinə "Marakana" stadionunda imza atıb. Şöhrət Zalı 2000-ci ildə arenanın 50 illiyi şərəfinə təşkil edilib.

Son xəbərlər

Orphus sistemi