Adı rüşvət qalmaqalında hallanan keçmiş qapıçı dünyasını dəyişdi

Adı rüşvət qalmaqalında hallanan keçmiş qapıçı dünyasını dəyişdi Ekvador millisinin və yerli Barselona klubunun sabiq futbolçusu Karlos Luis Morales dünyasını dəyişib.
Futbol
125
24 İyun , 2020 10:47
Adı rüşvət qalmaqalında hallanan keçmiş qapıçı dünyasını dəyişdi

Ekvador millisinin və yerli "Barselona" klubunun sabiq futbolçusu Karlos Luis Morales dünyasını dəyişib.

"Report" "El Comercio" nəşrinə istinadən xəbər verir ki, veteran qapıçı iyunun 22-də 55 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.

Morales Quayas əylətinin prefekti idi. İyunun əvvəlində polis tibbi avadanlıqlar və maskaların alınması ilə bağlı rüşvət qalmaqalına görə onu sorğu-sual etmişdi. Keçmiş qolkiper elektron bilərzik taxmaq şərti ilə sərbəst buraxılmışdı. Daha sonra məhkəmə onun ölkəni tərk etməsinə qadağa qoymuşdu.

Qeyd edək ki, Morales peşəkar futbolçu karyerası ərzində (1983-2001) 4 qat Ekvador çempionu "Barselona" ilə yanaşı "İndependyente" (Argentina), LDU, "Emelek", "Espoli", "Santa-Rita" (hamısı Ekvador) və "Palestino" (Çili) komandalarının da formasını geyinib. O, 1987-1999-cu illərdə isə milli komandada çıxış edib.

Son xəbərlər

Orphus sistemi