Rektor stadionun təmiri üçün AFFA-ya müraciət etdi

Rektor stadionun təmiri üçün AFFA-ya müraciət etdi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru professor Fuad Hacıyev qurumun stadionunun təmiri üçün AFFA-ya müraciət edib
Futbol
11 İyun , 2021 17:09
Rektor stadionun təmiri üçün AFFA-ya müraciət etdi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru, professor Fuad Hacıyev AFFA-ya müraciət edib.

"Report"un məlumatına görə, rektor "Qarabağ Azərbaycandır" turnirinin açılış mərasimi zamanı milli assosiasiyadan ADBTİA stadionunun təmiri üçün kömək istəyib.

O, akademiya ərazisindəki bütün qurğular arasında yalnız futbol meydanının təmirə ehtiyacının olduğunu söyləyib. F.Hacıyevin fikrincə, stadionun ot örtüyü istənilən səviyyədə deyil: "Futbol veteranlarına müraciət edirəm. Müraciətimi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova çatdırsınlar. Bizim arenanın təmirə ehtiyacı var" .

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov isə müraciətə belə reaksiya verib: "Əminəm ki, stadionun təmiri üçün lazımi köməklik göstəriləcək".

Son xəbərlər

Orphus sistemi