Acun Ilıcalının komandası Arveladzeyə tapşırılıb

Acun Ilıcalının komandası Arveladzeyə tapşırılıb İngiltərənin "Hall Siti" futbol komandasına yeni baş məşqçi təyin olunub.
Futbol
28 Yanvar , 2022 00:35
Acun Ilıcalının komandası Arveladzeyə tapşırılıb

İngiltərənin "Hall Siti" futbol komandasına yeni baş məşqçi təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb. 48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb.

Qeyd edək ki, "Hall Siti" İngiltərənin səviyyəcə ikinci sayılan Çempionşipində 27 oyundan sonra 19-cu pillədə qərarlaşıb. Klub türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur. Şota Arveladze Türkiyədə "Trabzonspor", "Kayserispor" və "Kasımpaşa"nın baş məşqçisi olub. O, 6 il əvvəl "Neftçi" ilə danışıqlar aparsa da, razılıq əldə olunmayıb.

Son xəbərlər

Orphus sistemi