AÇ-2023: Azərbaycan millisinin rəqibləri müəyyənləşib

AÇ-2023: Azərbaycan millisinin rəqibləri müəyyənləşib İsveçrənin Nyon şəhərində final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandaların Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.
Futbol
905
9 Dekabr , 2021 17:22
AÇ-2023: Azərbaycan millisinin rəqibləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində 17 yaşadək qadınlardan ibarət komandalar arasında 2023-cü il Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

"Report" xəbər verir ki, reytinqə əsasən B liqasında qərarlaşan Azərbaycan millisi 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu qrupun oyunları 2022-ci il 8 - 14 martda Albaniyada keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi