ABŞ-ın Əsas Futbol Liqasında (MLS) çıxış edən “Di Si Yunayted” futbol klubu İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi ilə onun komandaya baş məşqçi təyin edilməsi ilə bağlı razılığa gəlib.
“Report” xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Qeyd olunub ki, U.Runi artıq klub rəhbərliyi ilə görüşmək üçün ABŞ-dadır. Komanda hazırda MLS Şərq Konfransının turnir cədvəlində 13-cü yeri (axırdan ikinci) tutur.
Xatırladaq ki, U.Runi 36 yaşındadır. O, 2018-2020-ci illərdə “Di Si Yunayted”də çıxış edib.