ABŞ-da futbolun populyarlığı artıb

ABŞ-da futbolun populyarlığı artıb ABŞ-da futbol populyarlıq baxımından buzüstü xokkeyi keçib.
Futbol
12 Dekabr , 2021 14:09
ABŞ-da futbolun populyarlığı artıb

ABŞ-da futbol populyarlıq baxımından buzüstü xokkeyi keçib.

"Report"un məlumatına görə, bu barədə idman jurnalistikası üzrə mütəxəssis Pyer Mayes yerli mətbuata açıqlama verib.

Onun sözlərinə görə, "idmanın şahı" reytinqdə 4-cü pilləyə yüksəlib: "İngiltərə Premyer Liqası ilə ABŞ-ın NBC telekanalı arasında 2 milyard funt sterlinq dəyərində müqavilə futbolun artan populyarlığını əks etdirir. 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı da bu inkişafa töhfə verə bilər".

"Ampere Analysis"in araşdırması göstərir ki, ABŞ-da idman həvəskarlarının 49 faizi futbolu televizorda izləməkdən zövq alır. Yerli əhalinin yalnız 37 faizi buzüstü xokkeylə maraqlanır.

Ən populyar idman növlərinin ilk "üçlüy"ünə Amerika futbolu, basketbol və beysbol daxildir.

Son xəbərlər

Orphus sistemi