ABŞ-da etirazlara görə futbol matçları təxirə salındı

ABŞ-da etirazlara görə futbol matçları təxirə salındı ABŞ-ın futbol üzrə MLS çempionatının 5 oyunutəxirə salınıb.
Futbol
27 Avqust , 2020 09:30
ABŞ-da etirazlara görə futbol matçları təxirə salındı
0 : 00
0 : 00

ABŞ-ın futbol üzrə MLS çempionatında 5 oyun təxirə salınıb. 

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə irqçiliyə qarşı etiraz aksiyalarının keçirilməsi səbəb olub.

Avqustun 27-nə keçən gecə başlaması planlaşdırılan 5 qarşılaşma gerçəkləşməyib. 

MLS bütün futbol ictimaiyyətinin irqçiliyi pislədiyini və hər zaman bərabərliyin tərəfdarı olduğunu vurğulayıb. 

Qeyd edək ki, avqustun 23-də afroamerikalı Ceykob Bleyk mübahisə edən iki qadını ayırmağa çalışıb. Hadisə yerinə polis cəlb olunub. Bleyk hüquq mühafizəçisinin tələblərinə əməl etməyərək avtomobilinə əyləşməyə çalışıb. Onun nəqliyyat vasitəsinə minməsinə mane olmaq istəyən polis elektroşokerdən istifadə edib və silahdan atəş açıb.

Buna etiraz edən ştatın əhalisi nümayişlər keçirməyə başlayıb. Daha sonra etirazlar iğtişaşlarla əvəzlənib. Qubernator Evers bölgədə fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi