​ABŞ Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO

​ABŞ Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO Birləşmiş Ştatlar komandası Ekvadoru məğlub edib
Futbol
17 İyun , 2016 08:16
​ABŞ Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO

Bakı. 17 iyun. REPORT.AZ/ Futbol üzrə ABŞ yığması Amerika Kubokunun ½ final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Birləşmiş Ştatlar ¼ finalda Ekvadoru 2:1 hesabı ilə məğlub edib.

Görüş Vaşinqton ştatının Sietl şəhərində keçirilib. ABŞ-ın heyətində qolları Klint Dempsi (22-ci dəqiqə) və Qyasi Zardes (65) vurub. Ekvadorun heyətində Maykl Arroyo (74) fərqlənib.

Digər 1/4 final oyunlarında Peru və Kolumbiya (18 iyun), Argentina və Venesuela (19 iyun), Meksika və Çili (19 iyun) üz-üzə gələcək. ABŞ yığmasının rəqibi Argentina-Venesuela qarşılaşmasının qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi