"Aberdin"in baş məşqçisi: "Qarabağ"la oyunda əlimizdən gələni edəcəyik"

"Aberdin"in baş məşqçisi: "Qarabağ"la oyunda əlimizdən gələni edəcəyik" "Bütün diqqətimiz bu mərhələdə "Qarabağ"ı keçməyə yönəlib. Sabah axşam oyuna istədiyimiz kimi nəzarət edə bilərik".
Futbol
366
25 Avqust , 2021 19:31
Aberdinin baş məşqçisi: Qarabağla oyunda əlimizdən gələni edəcəyik

"Bütün diqqətimiz bu mərhələdə "Qarabağ"ı keçməyə yönəlib. Sabah axşam oyuna istədiyimiz kimi nəzarət edə bilərik".

"Report"un məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis qələbə qazanmağa çalışacaqlarını bildirib: "Futtbolçular 90 dəqiqəyə hazırlaşır. Həyəcanlıyıq və oyunu səbrsizliklə gözləyirik. Sabah xüsusi gün olacağını düşünürəm. İstəyimizi gerçəkləşdirsək, bizi nələrin gözlədiyini bilirik. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Son xəbərlər

Orphus sistemi