Abdullah Zubir: "Qarabağ" "Marsel"i keçə bilər"

Abdullah Zubir: "Qarabağ" "Marsel"i keçə bilər" "Marsel" həqiqətən böyük klubdur, möhtəşəm heyəti, yaxşı futbolçuları var".
Futbol
3334
19 Yanvar , 2022 20:59
Abdullah Zubir: Qarabağ Marseli keçə bilər

"Marsel" həqiqətən böyük klubdur, möhtəşəm heyəti, yaxşı futbolçuları var".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri olan Fransa "Marsel"i barədə danışarkən deyib.

31 yaşlı fransalı yarımmüdafiəçi ölkəsində çıxış edərkən Marsel şəhərinin eyniadlı təmsilçisinə qarşı oynadığını bildirib: "Bu, yoldaşlıq matçı idi. O zaman ikinci divizionda çıxış edirdim".

Təcrübəli oyunçu "Qarabağ"ın "Marsel"i keçə biləcəyini istisna etməyib: "Bu gün futbol çox dəyişib. Hər komandanın sürpriz etmək bacarığı var. İstənilən klub daha güclü kollektivi gözlənilmədən məğlub edə bilər. Ona görə də hər şey mümkündür".

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi