Abdullah Avcı "Beşiktaş"a xəbərdarlıq etdi

Abdullah Avcı "Beşiktaş"a xəbərdarlıq etdi Türkiyə Beşiktaşının sabiq baş məşqçisi Abdullah Avcı kluba bir neçə dəfə xəbərdarlıq edib.
Futbol
161
12 İyun , 2020 09:40
Abdullah Avcı Beşiktaşa xəbərdarlıq etdi

Türkiyə "Beşiktaş"ının sabiq baş məşqçisi Abdullah Avcı kluba bir neçə dəfə xəbərdarlıq edib. 

"Report" "Sabah"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis ona ödənilməli olan təzminatla bağlı bu addımı atıb.

Tərəflər arasındakı razılaşmaya əsasən, İstanbul təmsilçisi Avcıya 1 milyon TL (təqribən 250 min manat) ödəməlidir. Lakin "qara qartallar" maddi sıxıntılara görə baş məşqçi ilə daha aşağı məbləğə razılıq əldə etmək istəyir. 

Qeyd edək ki, daha əvvəl "Beşiktaş" çempionat dayandığı üçün Abdullah Avcının ödəmələrini dondurub. Avcı karyerası ərzində "İstanbulspor", "Başakşehir" və Türkiyə millilərinin də baş məşqçisi olub. "Beşiktaş"ı yanvarın 24-də tərk edən təcrübəli mütəxəssis Azərbaycan millisinə rəhbərlik etməyə əsas namizədlərdən hesab olunur. 

Son xəbərlər

Orphus sistemi