Aaron Remsi Azərbaycan millisi ilə oyun üçün heyətdən çıxarılıb

Aaron Remsi Azərbaycan millisi ilə oyun üçün heyətdən çıxarılıb Sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyətində dəyişiklik olub.
Futbol
27 Avqust , 2019 16:24
Aaron Remsi Azərbaycan millisi ilə oyun üçün heyətdən çıxarılıb

Sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyətində dəyişiklik olub.

“Report” xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun formasını geyinən Aaron Remsi heyətdən çıxarılıb. Onu İngiltərənin “Mançester Yunayted” komandasının oyunçusu Dilan Levitt əvəzləyib.

Dəyişikliyin səbəbi açıqlanmayıb. Zədəyə görə sonuncu dəfə bu ilin aprelində meydana çıxan 29 yaşlı yarımmüdafiəçi oyun praktikasından əziyyət çəkir. Onun adı A seriyasının I turunda “Parma” ilə matçın protokoluna da daxil edilməyib.

Qeyd edək ki, Cardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi