A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib Oktyabrın 2-də Turinin "Alyans - "Yuventus" stadionunda İtaliya A Seriyasının VIII turunun matçında "Yuventus" "Bolonya"nı qəbul edib.
Futbol
3 Oktyabr , 2022 03:38
A Seriyası: Yuventus Bolonyanı məğlub edib

Oktyabrın 2-də Turinin "Alyans - "Yuventus" stadionunda İtaliya A Seriyasının VIII turunun matçında "Yuventus" "Bolonya"nı qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri ilk qolu 24-cü dəqiqədə vurublar - cinah müdafiəçisi Filip Kostiç Duşan Vlahoviçin ötürməsindən sonra fərqlənib. 59-cu dəqiqədə Vlahoviçin özü qol şansını reallaşdıra bilib. 62-ci dəqiqədə polşalı hücumçu Arkadiuş Milik hesabı darmadağın həddinə çatdırıb.

Bu qələbədən sonra "Yuventus" turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib, komandanın aktivində 13 xal var. "Bolonya" 17-ci yerdə qalıb, klub səkkiz görüşdən sonra cəmi altı xal toplaya bilib.

Son xəbərlər

Orphus sistemi