7 qat dünya çempionu ilin idmançısı seçildi

7 qat dünya çempionu ilin idmançısı seçildi Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısı açıqlanıb.
Futbol
437
21 Dekabr , 2020 09:47
7 qat dünya çempionu ilin idmançısı seçildi
Lüis Hemilton
0 : 00
0 : 00

Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısı açıqlanıb.

"Report"un məlumatına görə, qalib BBC-nin apardığı səsverməyə əsasən bəlli olub.

"Mercedes" komandasında çıxış edən "Formula 1" üzrə 7 qat dünya çempionu Lüis Hemilton ilin idmançısı seçilib. İngiltərə yığmasının və "Liverpul"un futbolçusu Cordan Henderson ikinci, çapar Holli Doyl isə üçüncü olub.

İlin idmançısı seçilməsini özü üçün gözlənilməz sayan Hemilton ona səs verən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Lüis Hemilton bu il 7-ci dəfə dünya çempionu olub və bu göstəricidə almaniyalı Mixael Şumaxerə çatıb.

Son xəbərlər

Orphus sistemi