İspaniya La Liqasında çıxış edən klubun 7 futbolçusu oyunu verməkdə şübhəli bilinir

İspaniya La Liqasında çıxış edən klubun 7 futbolçusu oyunu verməkdə şübhəli bilinir
Futbol
63
4 İyun , 2019 12:19
İspaniya La Liqasında çıxış edən klubun 7 futbolçusu oyunu verməkdə şübhəli bilinir

İspaniya polisi La Liqanın sonuncu turunun "Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma aparır. 

"Report"un "El Mundo"ya istinadən məlumatına görə, meydan sahiblərinin 7 futbolçusunun oyunu verməkdə şübhəli bilinir.  

Futbolçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri və 10 min avro məbləğində mərc etdikləri bildirilib. Əvəzində onlar 2 dəfə çox qazanıblar. 

Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Yarasalar" bu nəticədən sonra Çempionlar Liqasına vəsiqə qazanıb. "Valyadolid" isə bu görüşədək 41 xalla La Liqada qalmağı bacarıb.