Kiberidmançı yeni dünya rekordu müəyyənləşdirdi

Kiberidmançı yeni dünya rekordu müəyyənləşdirdi Nigeriyalı kiberidmançı, Sinister5 komandasının üzvü Daniel Osemeudiame Playstationda ardıcıl 58 saat FIFA20 oynayıb.
Futbol
19 May , 2020 17:40
Kiberidmançı yeni dünya rekordu müəyyənləşdirdi

Nigeriyalı kiberidmançı, "Sinister5" komandasının üzvü Daniel Osemeudiame "Playstation"da ardıcıl 58 saat FIFA20 oynayıb.

"Report"un klubun rəsmi "Twitter" səhifəsinə istinadən məlumatına görə, afrikalı oyunçu bu göstərici ilə yeni dünya rekordu müəyyənləşdirib.

Ona hər saatın tamamında azacıq fasilə etmək imkanı verilib. Osemeudiame indi Ginnesin Rekordlar Kitabının onun nəticəsini təsdiqləməsini gözləyir.

Qeyd edək ki, bundan əvvəlki rekord Kristofer Kuka məxsus idi. O, 2014-cü ildə FIFA15 oyununu fasiləsiz olarq 48 saat 49 dəqiqə 41 saniyə oynamışdı.

Son xəbərlər

Orphus sistemi