42 yaşlı qapıçı "Real Madrid"i yendikləri oyunda rekorda imza atdı

42 yaşlı qapıçı "Real Madrid"i yendikləri oyunda rekorda imza atdı İspaniyanın "Alkoyano" klubunun qapıçısı Xose Xuan Figeras mövsümün rekorduna imza atıb.
Futbol
21 Yanvar , 2021 09:26
42 yaşlı qapıçı Real Madridi yendikləri oyunda rekorda imza atdı

İspaniyanın "Alkoyano" klubunun qapıçısı Xose Xuan Figeras mövsümün rekorduna imza atıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, 42 yaşlı qolkiper ölkə kubokunun 1/16 finalında "Real Madrid"i məğlub etdikləri görüşdə 10 dəfə qurtarış edib.

Cari mövsüm heç bir qapıçı "kral klubu" ilə qarşılaşmada bunu gerçəkləşdirə bilməyib.

Qeyd edək ki, "Real Madrid" əlavə vaxtda III divizion təmsilçisi "Alkoyano"ya 1:2 hesabı ilə uduzaraq kubokla vidalaşıb.

Son xəbərlər

Orphus sistemi