2022-ci ilin ilk ayı ərzində yüksək liqalarda ən çox qol vurmuş futbolçu açıqlanıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Qətərin "Əl Sədd" klubunun hücumçusu Əkrəm Afifdir.
26 yaşlı forvard yerli çempionatda 8 qola imza atıb.
Türkiyənin "Alanyaspor" komandasında Emre Akbaba, Qətər "Umm Salal"ından iraqlı Aymen Hüseyn, Hindistan "Haydarabad"ından nigeriyalı Bartolomyu Oqbeçe 6 dəfə fərqlənib.