2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı 2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox qol fərqlənən futbolçular bəlli oldu.
Futbol
8 Yanvar , 2021 09:10
2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı
Kriştianu Ronaldu

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu.

"Report" "Transfermarkt.de" saytına istinadən xəbər verir ki, ilk pillədə İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu yer alıb.

35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş 15 qolla ikinci, İtaliya "Latsio"sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi