Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura start veriləcək.
“Report” xəbər verir ki, ilk oyun günündə 5 qrupda 12 qarşılaşma təşkil olunacaq. A, B və D qruplarında 2, F və G qruplarında isə 3 matç keçiriləcək.
A qrupda hələ ki, xalsız olan Çexiya Bolqarıstanı qəbul edəcək. UEFA Millətlər Liqasında qrup qaliblərindən Kosovo isə Monteneqronun qonağı olacaq.
B qrupunun autsayderi Litva yığması Lüksemburqla, lider Ukrayna Serbiya millisi ilə manasibətlərə aydınlıq gətirəcək.
İlk iki oyunda məğlub olan Gürcüstan ilk qələbəsini Cəbəllütariqlə qarşılaşmada qazanmağa çalışacaq. Danimarka isə qrupun lideri İrlandiya ilə üz-üzə gələcək.
F qrupunun favoriti İspaniya autsayder Farer adalarının qonağı olacaq. İsveç Malta ilə, Norveç Rumıniya ilə üz-üzə gələcək.
Nəhayət, G qrupunun autsayderləri Avstriya və Latviya yığmaları növbəti görüşlərini evdə keçirəcəklər. Onlar müvafiq olaraq Sloveniya və İsrail milliləri ilə qarşılaşacaq. Lider Polşa isə Makedoniyanın qonağı olacaq.
AVRO-2020, seçmə mərhələ
III tur
7 iyun
A qrupu
22:45. Çexiya – Bolqarıstan
22:45. Monteneqro – Kosovo
Xal durumu: İngiltərə - 6 (2 oyuna) , Bolqarıstan – 2 (2), Kosovo – 1 (1), Monteneqro - 1, (2) Çexiya - 0. (1)
B qrupu
22:45. Litva – Lüksemburq
22:45. Ukrayna – Serbiya
Xal durumu: Ukrayna – 4 (2 oyuna), Lüksemburq – 3 (2), Portuqaliya – 2 (2), Serbiya – 1(1), Litva – 0 (1).
D qrupu
22:45. Gürcüstan - Cəbəllütariq
22:45. Danimarka – İrlandiya
Xal durumu: İrlandiya – 6 (2 oyuna), İsveçrə - 4 (2), Danimarka – 1 (1), Cəbəllütariq – 0 (1), Gürcüstan – 0 (2).
F qrupu
22:45. Farer adaları - İspaniya
22:45. İsveç - Malta
22:45. Norveç – Rumıniya
Xal durumu: İspaniya – 6, İsveç – 4 , Rumıniya – 3 , Malta - 3, Norveç - 1, Farer adaları - 0.
G qrupu
22:45. Avstriya – Sloveniya
22:45. Makedoniya – Polşa
22:45. Latviya – İsrail
Xal durumu: Polşa - 6, İsrail - 4, Makedoniya - 4, Sloveniya - 2, Avstriya - 0, Latviya - 0.