Bakı. 7 iyul. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatı -2018-də ¼ final mərhələsinin ilk oyunları keçirilib.
“Report” xəbər verir ki, Fransa Uruqvaya, Belçika isə Braziliyaya qalib gəlib.
Belə olan halda, turnirdə Avropadan başqa qitəni təmsil edən komanda qalmayıb. Bu o deməkdir ki, DÇ-2018-in qalibi məhz Avropa komandası olacaq.
Birinciliyə namizədlər Fransa, Belçika, Xorvatiya, Rusiya, İngiltərə və İsveçdir. Yalnız İngiltərə və Fransa bundan əvvəl dünya çempionu olub.