İnfantino FIFA prezidentliyinə seçkidə 196 milli federasiyanın dəstəyini alıb

İnfantino FIFA prezidentliyinə seçkidə 196 milli federasiyanın dəstəyini alıb Bakı. 4 fevral. REPORT.AZ/ FIFA prezidenti Canni İnfantino rəhbər posta növbəti seçkidə quruma üzv olan 196 milli federasiyanın dəstəyini alıb.
Futbol
4 Fevral , 2019 14:25
İnfantino FIFA prezidentliyinə seçkidə 196 milli federasiyanın dəstəyini alıb

Bakı. 4 fevral. REPORT.AZ/ FIFA prezidenti Canni İnfantino rəhbər posta növbəti seçkidə quruma üzv olan 196 milli federasiyanın dəstəyini alıb.

“Report” “Financial Times” saytına istinadən xəbər verir ki, seçkidə 49 yaşlı funksionerin yeganə rəqibi İsveçrə yığmasının sabiq futbolçusu Ramon Veqa olacaq. Onun FIFA-nın işindən narazı olan federasiyaların dəstəyini qazanmağa çalışdığı bildirilir.

FIFA prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix fevralın 5-dir. Rəhbər posta seçki iyunun 5-də Fransanın paytaxtı Parisdə qurumun Konqresi çərçivəsində keçiriləcək.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralından FIFA-ya başçılıq edir.

Son xəbərlər

Orphus sistemi