1954-cü ilin son yaşayan dünya çempionu vəfat edib

1954-cü ilin son yaşayan dünya çempionu vəfat edib Almaniya millisinin sabiq futbolçusu Horst Ekkel dünyasını dəyişib.
Futbol
518
3 Dekabr , 2021 18:03
1954-cü ilin son yaşayan dünya çempionu vəfat edib

Almaniya millisinin sabiq futbolçusu Horst Ekkel dünyasını dəyişib.

"Report"un məlumatına görə, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.

Qeyd edək ki, Ekkel 1954-cü ildə İsveçrədəki dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi. O, həmçinin 1951-ci və 1953-cü illərdə ölkəsinin "Kayzerslautern" komandası ilə Almaniya çempionu olub.

Son xəbərlər

Orphus sistemi