19 yaşlı futbolçu Bundesliqanın 51 illik rekordunu yeniləyib

19 yaşlı futbolçu Bundesliqanın 51 illik rekordunu yeniləyib Almaniya Bundesliqasının XVI turunda Dortmund “Borussiya”sı “Leypsiq”i qəbul edib.
Futbol
112
18 Dekabr , 2019 08:40
19 yaşlı futbolçu Bundesliqanın 51 illik rekordunu yeniləyib

Almaniya Bundesliqasının XVI turunda Dortmund “Borussiya”sı “Leypsiq”i qəbul edib.

“Report” “OptaFranz”a istinadən xəbər verir ki, qarşılaşma Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda baş tutub. Oyunda bərabərlik əldə olunsa da Dortmund “Borussiya”sının 19 yaşlı furbolçusu Ceydon Sanço Bundesliqanın 51 illik rekordunu yeniləyib.

Belə ki, yarımmüdafiəçi “Leypsiq”ə qol vurmaqla çempionat dövründə 22 qol vuran ən gənc oyunçu olub. Belə ki, 19 yaşında və 267 gündə 22 qol vurub.

Əvvəlki rekord Horst Koppelsuya məxsus idi. O, 1968-ci ildə 22 qol vurmuşdu. Lakin 19 yaşında və 269 günə.

Sanço Almaniya çempionatının cari mövsümündə 14 oyun keçirib, 9 qol vurub və 9 məhsuldar ötürmə edib. 

Son xəbərlər

Orphus sistemi