Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Bosniya və Herseqovinaya məğlub olub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Bosniya və Herseqovinaya məğlub olub Millinin yeganə qolunu Murad Xaçayev vurub
Futbol
1596
6 Oktyabr , 2016 17:16
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Bosniya və Herseqovinaya məğlub olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 5-ci qrupda yer alan yığmanın rəqibi Bosniya və Herseqovina komandası olub. Qarşılaşma Nazim Süleymanovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millinin yeganə qolu Murad Xaçayevin aktivinə yazılıb. Avstriya ilə keçirilmiş ilk oyunda qırmızı vərəqə alan Elvin Dəmirov bu görüşdə meydana çıxmayıb.

Beləliklə, Avstriyaya 1:4 hesablı məğlubiyyətin ardından, Süleymanovun komandası yenidən uduzaraq, sonuncu pillədə qərarlaşıb. Bosniya və Herseqovina 2 oyundan 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. 2-ci turun digər oyununda Avstriya və Litva milliləri üz-üzə gələcək. Oktyabrın 9-da Azərbaycan - Litva, Bosniya və Herseqovina - Avstriya görüşləri keçiriləcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avropa çempionatı, seçmə mərhələ, II tur

15:00. Bosniya və Herseqovina - Azərbaycan - 2:1

Qol: Amar Suljiç, 39. Benjamin hadziç, 81 - Murad Xaçayev, 68

Baş hakim: Conatan Lardot (Belçika)

Yan xətt hakimləri: Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva)

Dördüncü hakim: Manfredas Lukyansiukas (Litva)

Mariyampole. "Mariyampole" klubunun stadionu.

Son xəbərlər

Orphus sistemi